Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, amerikalı həmkarı Cozef Bayden Ukraynanın NATO üzvü olması cəhdini dəstəkləyir.
Bu barədə LEQAL.AZ CNN-ə istinadən xəbər verir.
Ukrayna rəhbəri bununla yanaşı əlavə edib ki, bu qərar təkcə Birləşmiş Ştatlardan asılı deyil.
"O dedi: "Mən düşünürəm ki, siz orada (NATO-da-red) olmalısınız, amma bu yalnız məndən asılı deyil", — Zelenski qeyd edib.
Daha əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan NATO-ya üzvlüklə bağlı birbaşa cavab almayıb.
Bu halda Ukrayna lideri hesab edir ki, rəsmi Kiyev Amerikaya etibar edə bilər, çünki iki dövlətin hazırkı münasibətləri başqa səviyyədədir./report