Paşinyandan Kremli qıcıqlandıran

Paşinyandan Kremli qıcıqlandıran
  • Siyasət

  • Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin yığıncağında etdiyi çıxış Rusiyanın bu ölkə ilə bağlı planlarının heç də keçərli olmayacağını deməyə əsas verir. Çünki Paşinyan Azərbaycanla sərhədlərin qorunmasında təkcə Rusiyanın iştirakını istəmir. O həmçinin beynəlxalq sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsinin delmitasiya və demarkasiya prosesinə başlamaq üçün əsas olduğunu dilə gətirir.

    LEQAL.AZ  hit.az-a istinadən xəbər verir ki, Paşinyan bu günkü çıxışında qeyd edib ki, Azərbaycan-Ermənistan sərhəddində ölümlə nıticələnən insidentləri ATƏT-in Minsk Qrupu və KTMT diqqətdə saxlamalıdır.

    "Biz suverenliyimizi bütün mümkün və mümkün olmayan imkanlar hesabına qoruyacağıq. Ermənistan öz ordusunu gücləndirməklə məşğuldur. Bundan başqa, biz Ermənistan-Rusiya ordu birləşmələrinin qruplaşdırılması və kollektiv təhlükəsizliyin təmin edilməsi məsələlərini müttəfiqlərimizlə müzakirə edirik”, - deyə o bildirib.

    Paşinyan bu əsnada səhədlərin delmitasiya və demarkasiyası məsələsinə də toxunub:

    “İstər Ermənistan, istərsə də beynəlxalq ictimaiyyət nə baş verdiyini yaxşı bilir. Azərbaycan Ordusu təcili Ermənistan ərazisindən çıxmalıdır. Bu zaman güzgü effektli geri çəkilmə olmalıdır. Yəni, hər iki tərəf geri çəkilməlidir. Bundan sonra sərhəddə Rusiya və beynəlxalq sülhməramlı qüvvələr yerləşməli, ardından isə delmitasiya və demarkasiya işlərinə başlanmalıdır”.
    Paşinyan iddia edib ki, Azərbaycan Ermənistanla sərhədlərini müəyyən etmək üçün “yalançı xəritədən” istifadə edir.

    “Bu ölkənin rəhbərliyi atdığı addımlarla 11 yanvarda imzalanmış bəyanatın qüvvədən düşməsinə çalışır. Azərbaycan həmçinin aprelin 13-də ATƏT-in Minsk Qrupunun Qarabağın yekun statusu ilə bağlı bəyan etdiyi tərəflərə məlum olan prinsiplər əsasında nizamlanmasını qəbul etmək fikrindən uzaqdır. Bu prinsiplər ərazi bütövlüyü, xalqalrın öz müqəddəratını təyin etmə hüququ və hərbi gücdən istifadə etməməkdən ibarətdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər