Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 26-da “Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə teatrsevərlərin ixtiyarına verəcək.
LEQAL.AZ xəbər verir ki, saat 19:00-da göstəriləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.