“Dünya Sülh Rəssamları” kataloqunun təqdimatı və beynəlxalq sərgisi keçiriləcək

“Dünya Sülh Rəssamları” kataloqunun təqdimatı və beynəlxalq sərgisi keçiriləcək
  • Mədəniyyət

  • 29 yanvar saat 16:00-da Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda yeni çapdan çıxmış “DÜNYA SÜLH RƏSSAMLARI” beynəlxalq sənət kataloqunun təqdimat mərasimi və kataloqda yer alan rəssamların əsərlərindən ibarət sərginin açılışı keçiriləcək.

    Sərgidə kataloqa daxil edilmiş rəssamlarla yanaşı, kataloqda yer almayan digər sənətçilərin də əsərləri nümayiş olunacaq. Bununla yanaşı, xarici ölkələrdə yaşayan müəlliflərin əsərlərinin foto surətləri də ekspozisiyada təqdim ediləcək.

    Qeyd edək ki, kataloqda ümumilikdə 20-dən çox ölkədən olan rəssamların yaradıcılığı yer alır. Layihə sənət vasitəsilə dünya sülhü ideyasının təbliği, mədəniyyətlərarası dialoqun inkişafı və yaradıcı insanların beynəlxalq birliyinin möhkəmləndirilməsini hədəfləyir.

    Sərgi 29 yanvar – 1 fevral tarixlərini əhatə edəcək.

    “DÜNYA SÜLH RƏSSAMLARI” kataloqunun ideya rəhbəri, UASB Azərbaycan və Orta Asiya üzrə təmsilçisi, beynəlxaq sülh rəssamı Nəvai Metindir.

    Tədbirə təşkilati dəstək Azərbaycan Rəssamlar İttifaqı tərəfindən göstərilir.

    Bu layihə sənətin sərhəd tanımadığını və bəşəri dəyərlərin ən güclü ifadə vasitələrindən biri olduğunu bir daha nümayiş etdirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər