Qazaxıstanda keçirilən Türk Dünyası 10-cu Elmi Araşdırmalar Sempozyumunda "Turan" Muğam Qrupu konsert proqramı ilə çıxış edib.
Konsertdə "Sizə salam gətirmişəm", "Qarabağ" və "Qarabağ Şikəstəsi" mahnıları səsləndirilib. Eyni zamanda, Azərbaycan musiqiçiləri Qazax mahnısı - "Dombranı" ifa ediblər.
Elmi Sempozyumda Azərbaycan, Türkiyə, Qazaxıstan və s. dovlətlərin nümayəndələri və musiqi kollektivləri iştirak ediblər. Qala konsertdə "Çırpınırdı Qara dəniz" və "Yaşa Azərbaycan" mahnıları tamaşaçılar və iştirakçılar tərəfindən ayaqüstə alqışlanıb.
Xatırladaq ki, Azərbaycanı təmsil edən xanəndə Murad Kəngərli Şuşa Musiqi Məktəbinin, tarzən İlhamiz İsmayılov və kamança ifaçısı Pərviz Fərhadov isə Azərbaycan Milli Konservatoriyasının müəllimləridir.
Onuda qeyd edək ki, tədbirdə Bakı Avrasiya Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının elm adamlarıda iştirak ediblər.
Müəllif: Leqal.az