Qarabağlı muğamçıların yeni qrupu "Yeni Azərbaycan"

Qarabağlı muğamçıların yeni qrupu  "Yeni Azərbaycan"
  • Mədəniyyət / Maraqlı

  • Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır.

    Belə layihələrdən biri də yeni yaradılan muğam qrupudur ki, bu qrup yarandığı ilk gündən bəri Azərbaycanın böyük sənətkarlıq növü olan muğamı dünya ölkələrində insanIara tanıtmışdır.

    LEQAL.AZ- saytı olaraq yaradılan “YENİ AZƏRBAYCAN” muğam qrupunun üzvlərindən müsahibəni təqdim edirik:

    Əvvəlcə yaradılan muğam qrupu münasibəti ilə sizi və muğam sevərləri təbrik edir , işlərinizdə uğurlar arzulayırıq.

    Muğam Azərbaycanda sənətkarlığın böyük nümunəsidir. Bəs, sizin yaratdığınız “Yeni Azəbaycan” muğam qrupunun yaranması necə oldu?

    Kamança İfaçısı Pərviz Fərhadov: Əvvəlcə qeyd edim ki, qrupumuz üç nəfərdən ibarətdir. Xanəndə Tuqay İsmayılov, Tarda Ədalət Behbudov və mən. Biz əvvəllər xarici ölkələrdə İşğal altında olan rayonlarımızın adları ilə çıxış edirdik. Biz də həm Azərbaycan vətəndaşı, həm də bir musiqiçi kimi getdiyimiz ölkələrdə muğamımızı təmsil edir və Qarabağımızın işğal olunmuş ərazilərini tanıdırdıq. Dəfələrlə Laçın, Şuşa, Ağdam, Füzuli muğam qrupu adı ilə çıxışlar etmişik. Yeri gəlmişkən onu da bildirim ki, biz üçümüzdə Qarabağda anadan olmuşuq və bunun verdiyi qürur bizə daha çox öhdəlik verir ki, xarici ölkələrdə Qarabağın əzəldən Azərbaycan torpaqları olduğunu insanlara çatdıraq. Şükürlər olsun ki, xilaskar Ulu Öndər Heydər Əliyevin Tarix yazan oğlu Cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində işğal altında olan ərazilərimiz düşmən tapdağından azad edildi. Xalqımız prezidentimizin ətrafında sıx birləşərək  dəmir yumruq əməliyyatını 44 gün ərzində, xalqımızın mərd-igid qəhrəmanları sayəsində zəfərlə başa vurduq və bu gündən adımızı “Yeni Azərbaycan” muğam qrupu adlandırdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də Allahdan şəfa diləyirəm. Yekun olaraq onu deyim ki, Ulu öndər Heydər Əlyev hakimiyyətə gələndə onun məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi. Lakin ömür buna imkan verməsədə onu layiqli davamçısı Cənab prezident İlham Əliyev bunu davam etdirərək Qarabağımızı düşməndən azad etdi. Ərazilərimiz tam pərpa olundu. Azad edilmiş rayonlarımızda yenidən quruculuq, abadlıq işləri sürətlə gedir bu çox sevindircidir.

    Tuqay bəy ümumlikdə Qarabağımız işğaldan tam azad olundu. Bir qarabağlı xanəndə olaraq hansı hisslər keçirdiniz?

    Tuqay İsmayılov: Bu elə bir hissdir ki, bunu sözlərlə ifadə etmək çətindi... İllərlə yuxularımda, valideyinlərimin mənə dediklərindən belə aydın olur ki, bəxtəvər insanam. Qarabağımızın gözəl yurdu olan Ağdam torpağındanam. O, torpaq mənim üçün əzizlərimin uyuduğu yerdir. Allah prezidentimizi qorusun, şəhid qardaşlarımızı rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Çünki, bu gün onların sayəsində rahatçılığımız bərqərar oldu. Mən də öz növbəmdə I Vitse prezident Mehriban xanım Əliyevaya muğamımıza və biz gənclərə göstərdiyi diqqət və qayğıya görə, öz adımdan və sənət dostlarım adından dərin təşəkkürümü bildirirəm. Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan muğamı, milli alətlərimiz tar və kamança UNESCO-nun Mədəni İRSİ siyahısına daxil edilmiş və onların inkişafında xidmətləri olduqca böyükdür. Hər bir muğam ifaçısı muğamımızın təbliğində can yandırmalı və ölkəmizi xaricdə layiqincə təmsil etməlidir.

    Ədalət bəy yaradılan Yeni Azərbaycan muğam qrupu gələcəkdə hansı yeni layihələrə imza atacaq ?

    Ədalət Behbudov: Bildiyiniz kimi mən və sənət dostlarım Tuqay İsmayılov, Pərviz Fərhadov bir çox Respublika və Beynəlxalq müsabiqələrdə qalib olmuşuq. Litva Respublikasında çoxlu Beynəlxalq müsabiqələrdə iştirak etmişik. Orda iştirak edən zaman onların dilində danışdıq, Litva musiqilərindən nümunələr ifa etdik. Litva Respublikasının Prezident Administrasiyasının qarşısında təşkil edilmiş beynəlxalq festivalda isə dövlət himnlərini ifa etdik və özümüzü onlara sevdirdik. Bildiyiniz kimi orada mənfur düşmənlərimiz çoxluq təşkil edir. Bizim konsertimizə görə Birştonas şəhərində Azərbaycan bayrağı gecə-gündüz dalğalandı, bu da bizi əlbətdə ki, sevindirdi. Görünən odur ki, biz gənclər xaricdə xalqımızı,dövlətimizi layiqincə təmsil edir, düşmən ölkənin vətəndaşlarına kim olduğumuzu şükürlər olsun ki, göstərə bilmişik. Bu çıxışımız sayəsində Birştonas Şəhər Meri və Administrasiyası Azərbaycan Respublikası Prezident Administrasiyasına məktubla müraciət edərək Birştonas şəhərinin ən gözəl parklarınn birində tar, kamança, qaval bütünün qoyulması barədə təklif verilmişdi. Məqsədimiz gələcəkdə də bu kimi işləri davam etdirməkdir. Məndə öz növbəmdə bizə və muğamımıza göstərdiyi qayğıya görə dövlətimizə dərin təşəkkürümüzü bildirirəm.

    Qrup olaraq müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik.

    Qrup: Siz sağolun Əminə xanım !

    ƏMİNƏ Elaydın

    PAYLAŞ:

    Oxşar xəbərlər