Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Ankarada Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunda həmin elmi qurumun rəhbəri, professor Muhammet Hekimoğlu ilə görüşüb.
Görüş zamanı Yüksək Qurumun akademik elmi təşkilat kimi inkişaf etdirilməsi məsələləri ətrafında söhbət aparılıb, AMEA-nın Nizamnaməsi haqqında Yüksək Qurum başqanına məlumat verilib.
Eyni zamanda “Nizami Gəncəvi İli” ilə əlaqədar Türkiyədə və “Yunus Əmrə İli” ilə bağlı Azərbaycanda keçirilmiş tədbirlər, eləcə də çap olunmuş kitablar barədə məlumat mübadiləsi aparılıb.
Tərəflər humanitar elmlər sahəsində qarşılıqlı əməkdaşlıq perspektivlərindən danışıblar.
Müzakirələrdə Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin də iştirak edib.
"LEQAL.AZ"