MOSKVAYA DRON YAĞIŞI: Son illərin ən kütləvi hücumlarından biri!

MOSKVAYA DRON YAĞIŞI: Son illərin ən  kütləvi hücumlarından biri!
  • Maraqlı / Dünya

  • Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qalıb.

    “Leqal” xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb.

    Mer avqustun 17-si axşam saatlarından avqustun 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatının (PUA) qeydə alındığını, onlardan 180-nin vilayət ərazisində vurulduğunu açıqlayıb.

    Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.

    Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini açıqlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər