Rusiyanın Kamçatka yarımadasında 6.1 bal gücündə zəlzələ baş verib.
Leqal.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub”, - məlumatda bildirilir.
Qeyd olunub ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.