Polis 17 yaşlı oğlanı güllələdi

Polis 17 yaşlı oğlanı güllələdi
  • Maraqlı / Dünya

  • Fransanın paytaxtı Parisi kütləvi iğtişaşlar bürüyüb.

    Leqal.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb iyunun 27-də polisin Nanterredə onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı oğlanı güllələməsi olub.

    Hadisədən sonra sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı etiraz çağırışları səslənməyə başlayıb.

    Narazı kütlə Nanterredə reklam stendlərini məhv edərək avtobus dayanacaqlarını dağıdıblar.

    Etirazçılar zibil qutularını və tikinti materiallarını yandırıblar.

    Polis isə gözyaşardıcı qazla etirazçıları dağıtmağa çalışıb.
    Bildirilib ki, etirazçılardan 9 nəfər həbs edilib.

    İğtişaşlar Parisin digər şəhərətrafı ərazilərinə də yayılıb.

    Fransız mediası bildirib ki, baş verənlər ölkədə hakimiyyətinin kütləni idarə edə bilməməsindən qaynaqlanır.

    Vurğulanıb ki, Makron hakimiyyəti diktatura rejiminə çevrilir və ölkədə ona qarşı etibar itməyə başlayıb.

    qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər