“Ölüm ayağındayam” - Saakaşvili

“Ölüm ayağındayam” - Saakaşvili
  • Maraqlı / Dünya

  • Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölüm ayağında olduğunu açıqlayıb.

    Bu barədə “Sky News” telekanalının suallarını cavablandırarkən bildirib.

    Saakaşvili telekanalın suallarını vəkil vasitəsilə yazılı olaraq cavablandırıb.
    Ətraflı
    Ad - 00:01

    120 kiloqram çəkidən 64 kiloqram çəkiyə düşdüyünü bildirən Saakaşvilinin sözlərinə görə, həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar:

    “Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur. Ölüm ayağındayam”, - deyə Saakaşvili deyib.

    Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.

    Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər