Fevralın 28-nə Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 10 milyonu keçib.
Bu haqda Polşa Sərhəd Mühafizəsinin tviter hesabında paylaşım edilib.
Paylaşımda Ukrayna-Rusiya müharibəsi başlayandan intensiv miqrasiyanın olduğu xatırladılıb.
Təkcə dünən Ukraynadan ölkəyə 20 min 200 adamın daxil olduğu vurğulanan yazıda, “Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 10 milyon 137 minə çatıb”, - qeyd olunub.
Polşanı tərk edən ukraynalıların ümumi sayının isə 8 milyon 232 min olduğu bildirilib.