Malatyada Kahramanmaraş mərkəzli zəlzələdə 11-ci mərtəbədəki evləri ciddi zərər görən və xəstəlikləri səbəbindən çölə çıxa bilməyən ana və oğlu 384 saatdan sonra xilasetmə qrupları tərəfindən xilas edilib.
14 mərtəbəli binanın sakinləri Hanifi Akgünün 70, anası Güllü Akgününü isə 90 yaşı var.
Bu müddət ərzində hər ikisi zəlzələ sonrası araşdırmalarda ciddi ziyan gördüyü təsbit edilən binada yaşamağa davam ediblər. Lakin məhəllə muhtarı tərəfindən 112 Təcili Zəng Mərkəzinə verilən məlumatdan sonra hər iki şəxs binadan çıxarılaraq Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Evdə qaldıqları müddətdə anasına baxan təqaüdçü müəllim olduğunu öyrənilən Hanifi Akgün anası ilə iki dəfə böyük zəlzələ yaşadıqlarını bildirib.