Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycana və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
LEQAL.AZ xəbər verir ki, Əminə Ərdoğan tviterdə yazıb:
“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusən də axtarış-xilasetmə qrupları göndərdiyinə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.