Zəlzələdən zərər çəkən ailələrə 10 min lirə veriləcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda olarkən müraciətində deyib.
"Zəlzələ nəticəsində dəyən zərərin qiymətləndirilməsi ilə birgə ailələrə dəstəyimizi göstərəciyik. Bu məsələ ilə bağlı müəyyən bir büdcə ayrılıb. Zərərin qiymətləndirilməsindən sonra hər bir ailəyə 10 min lirə dəstək ödəyəcəyik", - Prezident qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində 8 574 nəfər həlak olub, 49 133 nəfər isə yaralanıb.