Haitidə zəlzələ qurbanlarının sayı 227-yə çatıb, fövqəladə vəziyyət elan edib

Haitidə zəlzələ qurbanlarının sayı 227-yə çatıb, fövqəladə vəziyyət elan edib
  • Dünya

  • Haitidə zəlzələ qurbanlarının sayı artıb.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə "Reuters" ölkənin Mülki Müdafiəsinə istinadən məlumat yayıb.

    Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 227 nəfərə çatıb.

    Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələ 7,2 bal gücündə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

    23:03
    Haitidə zəlzələ qurbanlarının sayı artaraq, 29 nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə RTNH telekanalı məlumat yayıb.

    Ölkənin Mülki Müdafiə İdarəsinin rəhbəri Cerri Çandler bildirib ki, təbii fəlakət zamanı həmçinin tibb müəssisələri də zərər çəkib.

    Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. O, bildirib ki, zəlzələdən zərər çəkən vətəndaşlara kömək üçün bir sıra tədbirlər görüləcək. Hökumət bu şəraitdə operativ fəaliyyət göstərəcək.

    Zəlzələ 7,2 bal gücündə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

    19:55
    Haitidə azı 4 nəfər zəlzələnin qurbanı olub.

    Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

    Qeyd edilir ki, onlardan 2-ci uşaqdır. Hadisə ilə əlaqədar ölkənin baş naziri Ariel Anri Port-o-Prensedəki Fövqəladə Əməliyyatlar üzrə Milli Mərkəzə gedib.

    AFP agentliyi isə Mülki Müdafiə üzrə İdarəsinin rəhbəri Cerri Çandlerə əsasən təbii hadisə zamanı bir neçə nəfərin həlak olduğunu xəbər verib.

    “Bir neçə ölüm hadisəsinin baş verdiyini təsdiqləyirəm, ancaq məndə dəqiq məlumat yoxdur”, - o deyib.

    Digər yerli mətbu orqanlar zəlzələ zamanı 5 nəfərin həlak olduğunu xəbər verib.

    Təbii hadisə dağıntılara da səbəb olub. Hazırda ölkəyə vurulan ziyanın miqyası müəyyənləşdirilir.

    Qeyd edilir ki, zəlzələ 7,2 bal gücündə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

    17:25
    Haiti adasının qərbində zəlzələ baş verib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkan Rixter şkalası ilə 7 balla qiymətləndirilib.

    Zəlzələnin ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşib.

    Təbiət hadisəsi nəticəsində dağıntı yaranıb, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər