Ərdoğan Zelenski ilə danışdı

Ərdoğan Zelenski ilə danışdı
  • Maraqlı / Dünya

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

    Ankaradakı Prezidenti Administrasiyasından  verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

    Prezident Ərdoğan taxıl daşınmasında yaranan problemi birgə əməkdaşlıqla həll etdiklərindən məmnunluğunu ifadə edib. Həm Ukraynanın, həm də Rusiyanın taxıl məhsullarının bütün dünya üçün kritik əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı taxıl daşınması müqaviləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

    Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirib çıxaracaq anlaşma əsasında müharibənin ədalətli həll yolu ilə sona çatması üçün diplomatik səylərin artırılması lazım olduğunu bildirib./oxu.az

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər