Rusiyada hərbi poliqona silahlı hücum olub: 11 nəfər çağırışçı öldürülüb

Rusiyada hərbi poliqona silahlı hücum olub: 11 nəfər çağırışçı öldürülüb
  • Maraqlı

  • Rusiyanın Belqorod vilayətində hərbi poliqonda terror aktı törədilib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, hadisə nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

    Belə ki, öldürülənlər Ukraynada hərbi əməliyyatlara hazırlaşan çağırışçılar olub. Hücum edənlər bölmənin şəxsi heyətinə atəş açıblar.

    Onlar cavab atəşi ilə məhv edilib.

    Mənbə: RBC
    PAYLAŞ:

    Oxşar xəbərlər