Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan ermənilərə baş çəkib.
BQXK Azərbaycanda saxlanılan erməni diversantlara baş çəkdi
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan ermənilərə baş çəkib.
Bu barədə LEQAL.AZ-a qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, Komitə nümayəndələri ötən ilin dekabr ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə baş çəkib: "Başçəkmə zamanı saxlanılanların saxlanma şəraiti və onlarla rəftarın monitorinqi aparılıb".
Xatırladaq ki, iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan Azərbaycanda saxlanılır. A.Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.