Bazar günü üçün hava proqnozu açıqlanıb

Bazar günü üçün hava proqnozu açıqlanıb
  • Maraqlı

  • Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacaq.

    Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər