Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq

Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq
  • Maraqlı

  • Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava yağmursuz keçəcək.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

    Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər