Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
  • Maraqlı

  • Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq, cənub-şərq küləyi əsəcək.

    LEQAL.AZ Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacaq.

    Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər