Laçın rayonuna müvəqqəti komendant təyin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.
Oxu.Az-ın məlumatına görə, bu vəzifəyə polis polkovniki Adil Əsədov təyinat alıb.