Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Gürcüstan Prezidenti ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfəsinə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib. Məktubda deyilir:
“Bizim sıx münasibətlərimiz ölkələrimiz arasında mövcud olan mehriban qonşuluq əlaqələrində də öz əksini tapır. Siz Azərbaycanın inkişafı və güclənməsində xüsusilə vacib rol oynayırsınız. Sizin mədəniyyət və təhsil sahələrindəki səyləriniz və təşəbbüsləriniz bunun təcəssümüdür. Əminəm ki, bu nailiyyətlərin sayəsində gələcək nəsil özünün zəngin mədəniyyətini daha dərindən anlayacaq və qadın lider olaraq Siz gənc xanımlar üçün ilham mənbəyi olacaqsınız.
Zati-aliləri, bu əlamətdar gündə Sizə bir daha dərin ehtiramımı bildirir, ölkənizin dinc və firavan gələcəyinin təmin edilməsi işində uğurlar diləyirəm”.