Rusiyanın “Ural Airlines” aviaşirkəti oktyabrın 29-dək Azərbaycana uçuşları təxirə salıb.
Bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.
Eyni zamanda, Özbəkistan, Qazaxıstan və Ermənistana da uçuşlar təxirə salınıb.
Bildirilir ki, göstərilən tarixədək Rusiyanın cənub bölgələrinə - Krasnodar, Simferopol, Anapa, Gelencik, Rostov-na-Donu və Voronej hava limanlarına da uçuşlar təxirə salınıb. Qeyd olunur ki, bundan əvvəl uçuş qadağası iyulun 30-dək uzadılmışdı./qafqazinfo
www.leqal.az