Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.
Leqal.Az CNN-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O müharibədən sonra da Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacağını deyib.
“Müharibələr hər zaman gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq”,-deyə Stoltenberq deyib.
O bildirib ki, ukraynalılar döyüş meydanında ölkələrini qorumaq üçün can atır. Bütün bunlara baxmayaraq Rusiya da böyük itki verir./lent.az