Dünya Bankı aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq etdi - 170 milyard dollarlıq paket masada

Dünya Bankı aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq etdi - 170 milyard dollarlıq paket masada
  • Maraqlı

  • “Bu günlərdə bir çox ölkələrdə aclıq təhlükəsinə diqqət yetiririk. Dünya iqtisadiyyatında izlənilən yavaşlamanın daha dərin olacağını düşünürük”.

    Leqal.Az xəbər verir ki, bunu Dünya Bankının baş iqtisadçısı Ayxan Kösə deyib.

    O, dünya iqtisadiyyatının çətin bir dövrdən keçdiyinə diqqət çəkib: “Yüksək borc ehtiyatı və xarici valyuta borcu olan ölkələr üçün borc xərcləri bir qədər də artacaq. Ümumilikdə kənd təsərrüfatı məhsullarında artım rekord həddə çatıb. Bir çox ölkələr buğda və digər kənd təsərrüfatı məhsullarının alınmasında Rusiya və Ukraynadan asılıdır”.

    Analitik Dünya Bankı üçün qarşıdakı 15 ayda 170 milyard dollarlıq bir paketi masaya qoyduqlarını da qeyd edib: “Bu paketi çox tez bir zamanda ehtiyacı olan ölkələrə yardım şəklində, aşağı faizli kreditlər formasında verəcəyik. Bir çox ölkələrin aclıq və borcla bərabər, iqlim böhranından qaynaqlanan problemləri də var”./teleqraf.com
    PAYLAŞ:

    Oxşar xəbərlər