Litvalılar “Bayraktar” almaq üçün pul toplayır

Litvalılar “Bayraktar” almaq üçün pul toplayır
  • Maraqlı

  • Litvada ictimai xadim və jurnalist Andrius Tapinasın təşəbbüsü ilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün “Bayraktar TB2” pilotsuz təyyarəsinin alınması vəsait toplanılır.
     
    Məlumata görə, PUA-nın alınması üçün cəmi beş milyon avro toplamaq lazımdır. Artıq üç gün ərzində üç milyon avro yığılıb.
     
    Bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas da təsdiqləyib.
     
    Məbləğin əsasən kiçik ianələrdən toplanıldığı bildirilib.
     
    Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan dronların dəqiq sayı məlum deyil.
    PAYLAŞ:

    Oxşar xəbərlər