“İnanıram ki, “TEKNOFEST”dən sonra Azərbaycan xalqının texnologiyaya marağı daha da artacaq”.
Leqal.Az xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının bağlanış mərasimində çıxış edərkən deyib.
S.Bayraktar əlavə edib ki, bu gün bayram bayrama qarışıb:
“Dünən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 ilini qeyd etdik. Bu gün isə İstanbulun fəthinin 569-cu ilini qeyd edirik. “Bir millət, iki dövlət” və tək festival şüarı ilə yola çıxdıq və bizə dəstəyinizə görə sizə çox təşəkkür edirəm. Sizi Samsunda keçiriləcək növbəti TEKNOFEST festivalında gözləyirəm”./Report