İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.
Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.Leqal.Az