Birləşmiş Krallıqda hər gün meymun çiçəyinə yeni yoluxma aşkar edilir.
Leqal.Az-ın xəbərinə görə, bu məlumatı Britaniyanın Sanitar Təhlükəsizlik Agentliyinin nümayəndəsi Syuzan Hopkins BBC-yə müsahibəsində deyib.
O, xəstəliyin Afrikadan gələnlərlə təmasda olanlar arasında yayılması iddiasını da təkzib edib./Apa