Şimali Koreya lideri Kim Çen In koronavirusun yayılması fonunda dərmanları əhaliyə vaxtında çatdırmadıqlarına görə məmurları qınayıb.
O, paytaxt apteklərinin dərman təminatını stabilləşdirmək üçün orduya səfərbər olunmasını əmr edib.
Son sutka ərzində KXDR-də daha səkkiz nəfər koronavirusun yaratdığı xəstəliyin fəsadlarından dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 50-yə çatıb. 392 920 nəfərdə qızdırma əlamətləri aşkar edilib. Belə xəstələrin ümumi sayı 1,21 milyon nəfərə çatıb, onlardan azı 564 860 nəfərin müalicəsi davam etdirilir, 648 630 nəfərdən çoxu isə tam sağalıb.
Mənbə: TASS