Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub
  • Maraqlı

  • Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına dörd yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 792 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 904 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 782, hazırkı dövrədək isə 6 850 674 test aparılıb.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər