Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
  • Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, son sutkada birinci və ikinci doza üzrə vaksin vurduranlar olmayıb, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 669 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 244 017, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 673 nəfər təşkil edir.

    www.leqal.az
     
    PAYLAŞ:

    Oxşar xəbərlər