Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanı Ankaraya qarşı təxribat xarakterli hərəkətləri davam etdirməkdə ittiham edib.
Hulusi Akar bəyan edib ki, Yunanıstan Egey və Aralıq dənizlərində təxribat xarakterli hərəkət və ritorikasını inadla davam etdirir.
“Biz özümüzün və kiprli qardaşlarımızın haqlarını tapdalamağa icazə verməyəcəyik. Yunanıstan hər dəfə bəzi təşəbbüslərlə, o cümlədən beynəlxalq təlimlərlə ölkəmizə qarşı addımlar atır, biz buna heç vaxt icazə verməyəcəyik", - deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.oxu.az
Məlumat üçün qeyd edək ki, mayın 9-dan 20-dək Yunanıstanda NATO-nun “Tiger Meet” (“Pələnglə görüş” – red.) təlimlərinin keçirilməsi planlaşdırılır. Türkiyə həmin təlimlərdə Yunanıstan səbəbindən iştirak etməyəcək.
www.leqal.az