"Biz BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyayıq".
"Leqal.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Rusiya qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur. Prezident, həmçinin qeyd edib ki, Rusiyanın əməlləri qlobal aclığa gətirib çıxaracaq, böhran Afrikada, Asiyada aclığa səbəb olacaq və ölkələrin daxili siyasətində böhran yaradacaq.
Zelenski BMT-ni Rusiyanı dayandırmağa çağırıb: "Belə davam edərsə, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqa deyil, yalnız silah gücünə arxalanacaq"./qaynarinfo.az