Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusu tərəfindən hərbi cinayətlərin törədildiyi Buça şəhərində olub. Burada jurnalistlərlə danışan dövlət başçısı bu şəhərdə baş verənlərin bütün dünyada soyqırımı kimi tanınacağını deyib.
“Buçaya edilənlər Rusiya ordusuna xas xüsusiyyətdir”, - deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, Rusiya Federasiyası müharibəni nə qədər uzadarsa, onlar üçün bir o qədər pis olacaq.
“Ukraynada mütləq sülh olacaq, biz buna layiqik. Xalq bunu göstərdi. Ordu bunu hər gün göstərir”, - deyə o qeyd edib.