Rəsmi Kiyev Qarabağ və Gürcüstan HAQDA: “2-ci cəbhələrin açılması Ukraynaya kömək edərdi”

Rəsmi Kiyev Qarabağ və Gürcüstan HAQDA: “2-ci cəbhələrin açılması Ukraynaya kömək edərdi”
  • Maraqlı / Dünya

  • Digər dövlətlərin ərazilərində Moskvanın maraqları sferasında əlavə cəbhələrin açılması Ukraynaya Rusiyanın hücumuna qarşı mübarizədə böyük köməklik göstərərdi.

    "Leqal.az" UNIAN-a istinadən xəbər verir ki, bu fikri telemarafonun efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.

    “Bu gün Qarabağ (qondarma rejim nəzərdə tutulur) öz ərazisində hərbi vəziyyət tətbiq edəndən sonra deyə bilərəm ki, orada həqiqətən də hadisələr baş verir. “Bayraktarlar” təkcə bizim ərazimizdə deyil, Qarabağda da işləyiblər.

    Ermənistan bu gün Rusiya Federasiyasına qoşunla kömək etmək üçün müraciət edir. Amma ötən həftə oradan qoşun çıxarıb ölkəmizə göndərdilər. Hərəkət edən bu kolonu izlədik. Və biz başa düşürük ki, Rusiyanın Qarabağa və Ermənistana vəd etdiyi yardımın verilməsi ehtimalı azdır”, - Danilov izah edib.

    Bundan əlavə, o, Yaponiyanın Kuril silsiləsindəki 4 adanın birbaşa Yaponiyaya aid olması barədə bəyanatından sonra Rusiyanın təlimlərə başladığına diqqət çəkib. 

    "Rusiya müdafiə sektorunda olan hərbi qulluqçuların sayı bu gün çox azdır, çünki onların hamısını bura göndəriblər". Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi belə deyib.bizim.media

    “Bu vəziyyətin necə bitəcəyi hələ məlum deyil. Lakin Rusiyanın nə vaxtsa süni şəkildə yaratdığı ikinci cəbhələr açılsa, onlar bizə keyfiyyətcə kömək edəcəklər”, - Danilov vurğulayıb.
    Danilov onu da qeyd edib ki, “Gürcüstan özünü düzgün aparmır”.

    “Ancaq həm Pridnestrovie, həm Gürcüstan, həm də hər kəs öz ərazilərinin qaytarılması ilə bu gün məşğul olsaydı... Üstəlik, Polşa hələ rəsmi olaraq Kalininqrad vilayətinə iddia irəli sürməyib. Bu, mütləq bizə kömək edərdi”, deyə o, əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər