Britaniya hökuməti rusiyalı milyarderin təyyarələrinə həbs qoydu

Britaniya hökuməti rusiyalı milyarderin təyyarələrinə həbs qoydu
  • Maraqlı / Dünya

  • Böyük Britaniya hökuməti rusiyalı neft-qaz milyarderi Yevqeni Şvidlerin iki şəxsi təyyarəsindən istifadəyə həbs qoyub. 

    Bu barədə məlumatı Britaniyanın nəqliyyat naziri Qrant Şepps də təsdiq edib.

    O vurğulayıb ki, Rusiya prezidentinə yaxın olmaqla böyük sərvət qazanmış şəxslər günahsız insanlar öldüyü bir vaxtda öz sərvətindən həzz ala bilməzlər.

    Qeyd edək ki, rusiyalı oliqarx Yevqeni Şvidler digər rusiyalı milyarder Roman Abramoviçin iş ortağıdır.oux.az

    Mənbə: Segodnya
    PAYLAŞ:

    Oxşar xəbərlər