Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 36 yaşlı Mariya Vorontsova əri, hollandiyalı iş adamı Jorrit Faassendən boşanır.
"Leqal.az" UNİAN-a istinasən xəbər verir ki, onun nikahının, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə pozulduğu məlum olub.
Məlumata görə, Vorontsova əri ilə Rusiyada Sankt-Peterburq yaxınlığında varlı əcnəbilər üçün dəbdəbəli tibb mərkəzi açmağı planlaşdırıb, lakin məhdudiyyətlər səbəbindən planları həyata keçirilə bilməyib.
Rusiyalı jurnalist Sergey Kanev də yazıb: "Planlar Avropadan xəstələri və Fars körfəzi ölkələrindən zəngin şeyxləri cəlb etmək idi. Hücumdan sonra Ukraynaya necə avropalılar və şeyxlər gələcək?"qafqazinfo
Qeyd olunur ki, məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, Mariya Vorontsova uşaqlarda nadir rast gəlinən genetik xəstəliklər üzrə ekspert, eləcə də Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzinin aparıcı elmi işçisidir.