Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
Bu barədə “Leqal.az” UNIAN-a istinadən xəbər verir.
Məlumata görə, Ujqorodda hərbi əks-kəşfiyyat əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidməti agentinin rəhbərlik etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.
Qeyd olunub ki, sözügedən qrup Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribatlar törətməyi planlaşdırıb.
Bunun üçün 25 nəfərlik dəstənin silahlarla və maşınlarla təzhic olduğunu da bildirilib.
Qafqazinfo