Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi

Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi
  • Maraqlı / Dünya

  • Qara dəniz donanmasının komandan müavini, Rusiyanın 1-ci dərəcəli kapitanı Andrey Paliy Ukraynada öldürülüb.

    “Leqal.az” xəbər verir ki, bu barədə məlumatı Sevastopolun senatoru Yekaterina Altabayeva təsdiqləyib. O bildirib ki, A. Paliy Mariupolda gedən ağır döyüşlər zamanı öldürülüb.

    Qeyd edək ki, Andrey Paliy Rusiya Dəniz Donanmasının tanınmış hərbçilərindən olub. O, Rusiyanın 2008-ci ildə Gürcüstanda apardığı müharibədə də iştirak edib. 

    Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri A. Paliyin öldürülməsi haqda məlumat yaysa da, Rusiya tərəfi xəbəri təsdiqləməmişdi. 

    Qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər