Rusiya Milli Qvardiya Qoşunlarının Kemerovo vilayətindəki Xüsusi Çevik Cavab Dəstəsinin (SOBR) rəisi Konstantin Oqiy Ukraynadakı döyüşlərdə həlak olub.
Qeyd olunur ki, Konstantin Oqiy Əfqanıstan və Çeçenistan müharibələrindən keçmiş təcrübəli Rusiya zabitlərindən biri olub.
Bildirilir ki, Konstantin Oqiyin olduğu hərbi kolon pusquya düşüb.
Hərbi kolonun Ukraynaya Belarus ərazisindən daxil olduğu qeyd olunur.
Mənbə: Tayga.info