“Ukraynaya dəstək olmaq bizim borcumuzdur”.
Bunu Almaniyanın kansleri Olaf Şolts “Twitter” hesabında bildirib.
Almaniya kansleri Ukraynaya özünümüdafiə məqsədi ilə tank əleyhinə 1000 ədəd silah və 500 “Stinger” raketi göndərəcəyini bəyan edib.
Qeyd edək ki, Almaniya digər ölkələrə də bu ölkənin istehsalı olan silahları Ukraynaya göndərməyə icazə verib.
Bundeskanzler Olaf Scholz
@Bundeskanzle
Der russische Überfall markiert eine Zeitenwende. Es ist unsere Pflicht, die Ukraine nach Kräften zu unterstützen bei der Verteidigung gegen die Invasionsarmee von #Putin. Deshalb liefern wir 1000 Panzerabwehrwaffen und 500 Stinger-Raketen an unsere Freunde in der #Ukraine.