ABŞ Rusiyadan təhlükəsizlik məsələləri ilə bağlı təkliflərinə cavab alıb.
Bildirilib ki, cavabları özündə əks etdirən sənəd cümə axşamı ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri Con Sallivana verilib.
Qeyd edək ki, Sallivan ötən gün Rusiya Xarici İşlər Nazirliyinə baş çəkib. Orada 15 dəqiqəyə yaxın qaldıqdan sonra diplomat jurnalistlərə açıqlama vermədən XİN-i tərk edib. //oxu.az
Mənbə: Leqal.az