Putin: "Rusiya müharibə istəmir"

Putin: "Rusiya müharibə istəmir"
  • Maraqlı / Dünya

  • Rusiya müharibə istəmir, ona görə də Avropada bərabər təhlükəsizliyi təmin etmək üçün danışıqlar aparmağı təklif edir.

    "Leqal.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

    Rusiya lideri "Deutsche Welle"nin Avropada müharibə ehtimalını istisna edib-etmədiyinə dair sualına cavabında "Biz bunu istəyirik, yoxsa yox? Təbii ki, yox", - deyə vurğulayıb.

    “Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamı, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, - Putin izah edib.

    Putinin sözlərinə görə, Moskva dialoqun bu şəkildə inkişaf edəcəyini gözləyir. //Report

    Mənbə: LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər