Ukrayna Ali Radasının “Həyat naminə - müxalif platforma” Partiyasının deputatı Vadim Rabinoviç Qərbin Ukraynaya qarşı “müharibə”yə başladığını açıqlayıb.
Bu barədə deputat sosial şəbəkə hesabında yazıb.
“Müharibə başlayıb! Ancaq Ukraynaya qarşı müharibəni məhz Qərb aparır! Hazırda Qərb tərəfdaşlarımızın etdiyi hər şey – vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etmək, diplomatlarını çıxartmaq, investorların getməsi, hava əlaqəsinin dayandırılması – bütün bunlar ən güclü sanksiyalara bərabərdir", - deyə o bildirib. //oxu.az
LEQAL.AZ