Masallı rayonunun üzüm bağlarından 1048,8 ton məhsul yığılıb. Bunun 246 tonu fermerlərin, 802,8 tonu şəxsi təsərrüfat sahiblərinin payına düşür.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda üzümçülüklə məşğul olan fermerlər və təsərrüfat sahibləri bu il sahələrdə bol məhsul yetişdiriblər. Rayonda yetişdirilmiş üzüm məhsulu əsasən yerli bazarlarda satışa çıxarılır. Məhsul istehsalçıları üzümün satış qiymətindən razılıq edirlər.
Qeyd edək ki, ötən il rayonun üzümçüləri bağlardan 1054 ton məhsul yığıblar.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində Masallı rayonunda kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.
LEQAL.AZ