İqtisadiyyat Nazirliyi: 164 obyektdə epidemiya əleyhinə rejim pozulub

İqtisadiyyat Nazirliyi: 164 obyektdə epidemiya əleyhinə rejim pozulub
  • İqtisadiyyat

  • İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə oktyabrın 16-17-də monitorinqlər keçirib.
    Nazirliyin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, monitorinqlər zamanı Binəqədi rayonunda “Era mağazası”nda, “Neptun market”də, “Bizim market”də, "Şərq Qərb Təbabəti tibb mərkəzi”ndə, Nərimanov rayonunda “Uniforma VMR tekstil” ticarət obyektində, “Moon light” elektrik malları mağazasında, Nəsimi rayonunda “Nə alsan 10 AZN” mağazasında, “Natura aptek”də, “Zeytun aptek”də, “Aptek 577”də, Səbail rayonunda “Soliton” elektron mağazasında, “Güllü bulaq market”də, "Beş Beş şərab evi”ndə, Yasamal rayonunda "Sibirskoye zdorovye Bakı” mağazasında, "LL Med" MMC-yə məxsus “Apifitoterapiya mərkəzi”ndə, Sabunçu rayonunda “Nur market”də, "Vita aptekləri" MMC-yə məxsus “Aptek”də, Xətai rayonunda “Mir market”də, "Smart elektroniks” pərakəndə ticarət obyektində, Nizami rayonunda “Marquis hamam aksessuarları” mağazasında, “Zirvə market”də, "Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Qaradağ rayonunda “Oba market”də, Xəzər rayonunda “Food center” ticarət obyektində, Arzuman İsgəndərova, Eldar Həsənova məxsus mağazalarda, Suraxanı rayonunda “Al market”də, “Araz supermarket Yeni Suraxanı”da, Sumqayıt şəhərində “Ən ucuz market”də, Kənan Hüsüsoyluya, Elyas Vəliyevə, Tural Əsgərova, Pərviz Qasımova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda “İdeal inşaat materialları”, “Walnut parfum” mağazalarında, Natiq İsmayılova, Bəylər Mərdanova, Əlosət Salahova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda “Klass mebel mağazası”nda, Xəzər Babaşova, Xalis Qarayevə, Rauf Həsənova, Anar Əbilova məxsus mağazalarda, Şəmkir rayonunda Zahid Əsgərova, Həşim Verdiyevə, Cümşüd Vəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Pərviz Kərimova, Kamal Əliyevə, Mirmehdi Əzizova məxsus mağazalarda, Lənkəran rayonunda Xəqani Məmmədova, Elşən Əzizova, Xalid Camallıya, Ramiz Xamiyevə məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda “Kral paltar mağazası”nda, Tərlan Şükürova, İftixar Şıxəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Samir Bayramova, Elnur Haxtariyə məxsus mağazalarda, Natiq Yarıyevə məxsus plastik qapı-pəncərə sexində, ümumilikdə 164 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər