Şamaxı rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatmaq üzrədir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən LEQAL.AZ-a bildirilib ki, vaxtilə üzümçülük üzrə məşhur olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etdirilir. Hazırda rayonda 1808 hektar bar verən üzüm bağı var. Məhsul istehlakçıları indiyədək 1420 hektar bağın məhsulunu yığıb, 21000 ton üzüm tədarük ediblər. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa daxili bazara çıxarılıb.
Qeyd edək ki, cari mövsümdə Şamaxının üzüm bağlarından 25 min tondan çox məhsul yığımı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində Şamaxı rayonunda kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.